Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 avqust -Laçın şəhəri günü

25.08.2023

Azərbaycan  Respublikasının  işğaldan  azad  edilməsi   haqqında   Azərbaycan  Respublikası   Prezidenti İlham Əliyevin  Sərəncamına  əsasən avqustun 25-də Astara  Tarix-Diyarşünaslıq muzeyində  “ 26 avqust-Laçın şəhəri günü”  mövzusunda  tədbir  keçirilib.

Tədbirdə şəhid anası Gülnarə Səttarova, qazi Kamran Həsənov, Amid Hüseynov,  706  Kəşfiyyat  Bölüyünün Operator  Qrup  Komandiri Cəsarət Quliyev, I-ci Qarabağ  müharibəsi  veteranı,  gizir  İsfəndiyar  Babayev və mədəniyyət nümayəndələri iştrak edib.

İlk öncə  şəhidlərin  əziz  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  olunub.

Tədbirdə muzeyin direktoru Gülzar İsmayılova mövzu ilə bağlı məruzə edib. Sonra məruzə ətarında çıxışlar dinlənilib.

Yekunda tədbir iştirakçıları I və II Qarabağ müharibəsi şəhidlərinə həsr olunan sərgiyə baxış keçiriblər.